Üz-çənə cərrahı Dr. Xəyal Aşurəliyev

Biz 12 ildən artıqdır ki, ixtisaslaşmış peşəkar və təcrübəli briqada ilə üz-çənə cərrahiyyəsi üzrə bütün növ əməliyyatları icra edirik.

Dovşan dodaq uşaqlar haqqında

Ən çox məşğul olduğumuz patalogiyalar dodaq-damaq yarıqlarının (Dovşandodaqlıq və qurdağızlıq) müassir standartlara uğun müayinə və mülicəsindən ibarətdir.

Qurdağzı xəstəliyi və onun müalicəsi

Qurdağız və dovşan dodaqla doğulan körpələrə, patalogiyanın ağırlıq dərəcəsindən asılı olaraq individual yanaşılmasını tövsiyyə edirik.
Ünvan: Istanbul NS klinikası, Bakı şəhəri, Atatürk pr-ti 140
Əlaqə telefonu
Elektron poçt
Uz cene cerrahi Dr. Xeyal Asureliyev

Üz-çənə cərrahı

Dr. Xəyal Aşurəliyev

Üz-çənə cərrahı Dr. Xəyal Aşurəliyev 2003-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil almışdır. 2006-2008-ci illərdə Semaşko xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsində kiçik tibb işçisi olaraq calışmış, 2008-2010-cu ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Şupik adına diplomdan sonrakı təhsil akademiyasının bazasında, Üz-çənə cərrahiyyəsi kafedrasında kliniki ordinatura keçmişdir. 2010-2014-cü illərdə Ukrayna Dövlət Tibb Universitetinin uşaq üz-çənə cərrahiyyəsi kafedrasında aspirantura kecmiş, bu müddət ərzində anadangəlmə dodaq damaq yarıqları (qurdağızlıq, dovşandodaqlılıq) mövzusunda namizədlik dissertasiyası yazmış, elmlər namizədi və böyük elmi işçi adını almışdır.

Üz çənə cərrahiyyəsi
Son paylaşdıqlarımız

Dodaq-damaq yarıqları haqqında ümumi məlumat

Üz-çənə nahiyyəsinin anadangəlmə qüsurları, digər anadangəlmə qüsurların içində aktuallığına görə 3-cü yerdədir.Bütün …
Daha ətraflı

Dodaq yarıqları (“Dovşan dodaqlıq”)

Anadangəlmə yarıq dodaqlı uşaqlarda yarıq – yüngül halda təkcə üst dodaq toxumalarını…
Daha ətraflı

“Qurd ağız” uşaqlar – Damaq yarıqları

Qurdağızlıq - Anadagəlmə damaq yarığlarının klassifikasiyası aşağıdakı kimi bölünür: Açıq və gizli…
Daha ətraflı

Sonradan yaranmış ikincili damaq defektləri (residiv)

İkincili damaq defektləri haqqında. Aktuallıq. Anadangəlmə üz-çənə nahiyyəsinin qüsurları ilə doğulan uşaqların…
Daha ətraflı
Üz çənə cərrahiyyəsi
Video reportajlar
Video çarxda Üz-çənə cərrahı Dr. Xəyal Aşurəliyevin uşaqlardakı üz çənə anomaliyaları haqqındaı söylədiklərinə nəzər sala bilərsiniz
Pasiyentləri maraqlandıran məqamlar
Ən çox soruşulan suallar
Dovşan dodaq uşaqların əməliyyatı nə zaman edilməlidir?

Dovşandodaqlıqla (dodaq yarığı) doğulan uşaqların əməliyyatı uşağın 3-5-ci aylığında icra olunur.

Dovşandodaq və qurdağız uşaqların qidalanması necə olmalıdır?

Bu uşaqlar doğulduqdan sonra pediatr-neanatoloqların nəzarətində və onların tövsiyyəsi ilə ancaq göstəriş olduqda zondla qidalandırılmalıdır. Əks təqdirdə obturator və ya əmziklərlə qidalanmalıdırlar.

Qurdağız (damaq yarığı) uşaqların əməliyyatı nə zaman aparılmalıdır?

Damaq yarığı ilə doğulan uşaqların əməliyyatı yarığın ağırlıq dərəcəsinə görə 9 aylığından 2 yaşına qədər aparılmalıdır. Təkmərhələli əməliyyat 1 yaşında icra olunur. İki mərhələli əməliyyatlar –  ilk öncə yumşaq damaq 9-11 aylığnda, sərt damaq isə 12-14 aylığnda icra olunur. Əməliyyatın tək və ya 2 mərhələdə aparılması qərarı uşağın valideynləri və həkimin ortaq qərarı ilə verilir.

Qurdağız uşaqların əməliyyatının gecikdirilməsi nə kimi fəsadlar verə bilər?

Qurdağız və dovşandodaqlı uşaqların erkən dönəmdə əməliyyat olunmalarının ən başlıca səbəblərindən biri – bu uşaqların yaş ötdükdə çoxalan və tezləşən fon xəstəlikləridir, hansı ki, uşağın reabilitasiyanın ləngiməsinə səbəb olur. Aparılmış  təcrübələr göstərir ki: 1-2 yaş – dodaq-damaq yarıqlı uşağın somatik vəziyyətinə, yerli əməliyyat göstərişlərinə daha uyğun hesab edilir, həmçinin insanın nitq mexanizminin formalaşması bu dövrü əhatə edir. Ancaq bu o demək deyi lki, bu yaş dövründə bu uşaqların hamısı əməliyyata hazır olur. Əməliyyatın vaxtından  öncə uşağın əməliyyata hazırlıq dövrü qənaətbəxş olmalıdır.

Qurdağız və dovşandodaq uşaqların əməliyyatından sonra hansı yerli fəsadlar baş verə bilər?

Dodaq plastikasından sonra əgər dodaq konturları düzgün bərpa edilirsə, yüngül gözə çarpacaq tikiş xətti müşahidə edilir. Damaq yarıqlarında isə əməliyyatdan sonra  3-7% hallarda damaqda ikincili deffektin (kiçik dəlik) əmələ gəlmə ehtimalı var.

Dodaq-damaq yarıqlı uşaqların əməliyyatından sonra gələcəkdə danışığnda nə dərəcədə problem yaranır?

Bu qüsurlu uşaqların əməliyyatı doğru cərrah tərəfində, doğru yöntəmlə əməliyyat edildikdə, həmçinin, gələcəkdə də loqopedin köməkliyi ilə çox gözəl nəticə almaq olur. Ancaq əməliyyat zamanı damağın anatomik strukturu düzgün bərpa edilmədikdə, hətta loqopedin köməyi zamanı belə nitqin bərpası ürəkaçan olmur.

Qurdağız əməliyyatından sonra damaqda yenə deffekt ( dəlik) qalıb. Bu dəlik əməliyyat olunmalıdırmı, olunmadırsa nə zaman əməliyyat olunmalıdır?

İlk əməliyyatdan sonra dəlik adətən sərt və yumşaq damaq sərhəddində qeyd olunur. Bəli əməliyyat olunmalıdır və bu əməliyyat ilk əməliyyatdan 3 ay sonra icra olunmalıdır.