Uz cene cerrahi Xeyal Asuraliyev

Dr. Xəyal Aşurəliyev

Üz-çənə cərrahı

Ünvan: Bakı şəhəri, Atatürk pr-ti 140

Təhsil və iş təcrübəsi

1986 Anadan olmuşdur.
2003-2008 Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil almışdır.
2006-2008 Semaşko xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində kiçik tibb işçisi olaraq calışmışdır.
2008-2010 Ukraynanın paytaxtı Kiev şəhərində Şupik adına diplomdan sonrakı təhsil akademiyasının bazasında, üz-çənə cərrahiyyəsi kafedrasında kliniki ordinatura keçmişdir.
2010-2015 Ukrayna Dövlət Tibb Universitetinin Uşaq Üz-çənə Cərrahiyyəsi kafedrasında aspirantura kecmiş, bu müddət ərzində anadangəlmə dodaq damaq yarıqları (qurdağızlıq, dovşandodaqlılıq) mövzusunda namizədlik dissertasiyası yazmış, elmlər namizədi və böyük elmi işçi adını almışdır.
Müəlliflik Dodaq damaq yarıqları ( Qurdağızlıq, Dovşandodaqlıq) mövzusunda 1 elmi dissertasiya, 8 məqalənin, 5 elmi yeniliyin, praktiki əhəmiyyəti olan patentləşdirilmiş 4 ixtiranin müəllifidir.
Üzvlük Azərbaycan üz-çənə cərrahiyyəsi assosiasiyasının, Ukrayna Üz-çənə Cərrahiyyəsi Asossiasiyasının, Polşa Plastik Cərrahiyyəsi Birliyinin, Beynəlxalq SMAİL TRAİN təşkilatının üzvüdür.

Göstərilən xidmətlər

  • Anadangəlmə dodaq-damaq yarıqlarının müassir üsullarla cərrahi müalicəsi.
  • Anadangəlmə digər üz qusurlarının müalicəsi.
  • Üz – çənə sümüklərinin travmalarının cərrahi müalicəsi.
  • Üz – çənə nahiyyəsinin xoşxassəli şişlərinin cərrahi müalicəsi.
  • Üz – çənə nahiyyəsinin irinli proseslərinin müalicəsi.
  • Tüpürcək vəzi xəstəliklərinin müalicəsi
  • Odontogen (diş mənşəli) haymor cibi xəstəliklərinin müalicəsi.
  • Ağız boşluğunun digər xəstəliklərinin cərrahi müalicəsi.
Statistik göstəricilər
Uğurlu fəaliyyətimiz
15
illik təcrübə
8
elmi məqalə
5
elmi yenilik
4
patentləşdirilmiş kəşf
Nəticələrimizə nəzər yetirin
Üz çənə cərrahı Dr. Xəyal Aşurəliyev tərəfindən icra edilən dodaq damaq yarıqları əməliyyatlarının əməliyyat zamanı və əməliyyatdan sonrakı şəkillərinə aşağdakı linkdən baxa bilərsiniz.